THE BIBLE

Zəbur 12

Azərbaycan dilində Müqəddəs Kitab AZB

1Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb, Bəşər övladları arasında vəfalılar qurtarıb.

2Hər kəs başqasına yalan söyləyir, Ağzı yalan danışır, ikiüzlülük edir.

3Qoy Rəbb yalan danışan hər ağzı yumsun, Hər lovğa dili kəssin!

4Onlar deyir ki, biz dilimizlə zəfər çalacağıq. Bu ağız bizdədirsə, kim bizə ağalıq edə bilər?

5Rəbb deyir: «İndi qalxacağam, Çünki fəqirlərə zülm edilir, Məzlumlar nalə çəkir, qurtuluş istəyir. Mən bunu onlara verəcəyəm».

6Rəbbin kəlamları pakdır, Kürədə əridilən, yeddi dəfə təmizlənən gümüş kimidir.

7Sən, ya Rəbb, onları qoru, Bu nəsildən onların hər birini əbədilik hifz et.

8Bəşər övladları arasında namərdlik artarkən Hər yanda pislər gəzər.

Mətn mənbələri və istifadə

© 2008 Müqəddəs Kitab Sirkəti. Translated by Institute for Bible Translation. Bible Society of Azerbaijan. Source: eBible.org. Text unchanged; format converted to JSON. Noncommercial use only.

CC BY-NC-ND — see publisher notice

İlkin mənbə və müəllif hüquqları · Naşirin istifadə şərtləri

Tərcümələri müqayisə et

Tərcümələrdə ayələrin bölgüsü və nömrələri fərqli ola bilər.