THE BIBLE

Zəbur 128

Azərbaycan dilində Müqəddəs Kitab AZB

1Ziyarət nəğməsi. Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan!

2Çünki öz əlinin bəhrəsini yeyəcəksən, Xoşbəxt olub uğur qazanacaqsan.

3Evində arvadın tənək kimi bar gətirəcək, Övladların zeytun pöhrələri kimi Süfrənin ətrafını bürüyəcək.

4Rəbdən qorxan insan Belə xeyir-dua alacaq:

5Rəbb Siondan sənə xeyir-dua versin, Ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən,

6Övladlarının övladlarını görəsən! İsrailin üzərinə sülh olsun!

Mətn mənbələri və istifadə

© 2008 Müqəddəs Kitab Sirkəti. Translated by Institute for Bible Translation. Bible Society of Azerbaijan. Source: eBible.org. Text unchanged; format converted to JSON. Noncommercial use only.

CC BY-NC-ND — see publisher notice

İlkin mənbə və müəllif hüquqları · Naşirin istifadə şərtləri

Tərcümələri müqayisə et

Tərcümələrdə ayələrin bölgüsü və nömrələri fərqli ola bilər.