THE BIBLE

Zəbur 14

Azərbaycan dilində Müqəddəs Kitab AZB

1Musiqi rəhbəri üçün. Davudun məzmuru. Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər. İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş, Yaxşı iş görən yoxdur.

2Rəbb göylərdən bəşər övladına baxır. Görəsən Allahı dərk edən, Onu axtaran varmı?

3Hamı birgə pozulub, namus əldən gedib, Bir nəfər də olsun yaxşı iş görən yoxdur.

4Şər iş görənlərin hər biri məgər heç nə qanmır? Xalqımı çörək yerinə yeyirlər, Rəbbi çağırmırlar.

5Onlar böyük dəhşətə düşəcək, Lakin Allah salehlərin nəslinə yar olacaq.

6Onlar məzlumların niyyətini boşa çıxarır, Amma Rəbb məzlumların pənahıdır.

7Kaş İsrailin azadlığı Siondan gələydi! Rəbb Öz xalqına bəxtəvər günlərini qaytaran zaman Yaqub övladları şadlıq edəcək, İsraillilər sevinəcək!

Mətn mənbələri və istifadə

© 2008 Müqəddəs Kitab Sirkəti. Translated by Institute for Bible Translation. Bible Society of Azerbaijan. Source: eBible.org. Text unchanged; format converted to JSON. Noncommercial use only.

CC BY-NC-ND — see publisher notice

İlkin mənbə və müəllif hüquqları · Naşirin istifadə şərtləri

Tərcümələri müqayisə et

Tərcümələrdə ayələrin bölgüsü və nömrələri fərqli ola bilər.