THE BIBLE

Zəbur 150

Azərbaycan dilində Müqəddəs Kitab AZB

1Rəbbə həmd edin! Müqəddəs məskənində Allaha həmd edin! Möhtəşəm göy qübbəsində Ona həmd edin!

2Qüdrətli işləri üçün Ona həmd edin! Bol əzəmətinə görə Ona həmd edin!

3Şeypur səsi ilə Ona həmd edin! Çənglə, lira ilə Ona həmd edin!

4Dəflə, rəqslərlə Ona həmd edin! Sazla, tütəklə Ona həmd edin!

5Xoş səsli sinclərlə Ona həmd edin! Cingildəyən sinclərlə Ona həmd edin!

6Ey bütün canlı varlıqlar, Rəbbə həmd edin! Rəbbə həmd edin!

Mətn mənbələri və istifadə

© 2008 Müqəddəs Kitab Sirkəti. Translated by Institute for Bible Translation. Bible Society of Azerbaijan. Source: eBible.org. Text unchanged; format converted to JSON. Noncommercial use only.

CC BY-NC-ND — see publisher notice

İlkin mənbə və müəllif hüquqları · Naşirin istifadə şərtləri

Tərcümələri müqayisə et

Tərcümələrdə ayələrin bölgüsü və nömrələri fərqli ola bilər.