THE BIBLE

Zəbur 3

Azərbaycan dilində Müqəddəs Kitab AZB

1Davudun məzmuru. Oğlu Avşalomun qarşısından qaçanda. Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb! Əleyhimə qalxanlar nə qədər artıb!

2Mənim üçün çoxları deyir: «Allahdan ona xilas yoxdur». Sela

3Amma Sən, ya Rəbb, ətrafımda sipərsən, Şərəfimsən, başımı ucaldan Sənsən!

4Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cavab verir. Sela

5Mən yatıram, yuxuya gedirəm, Yenə oyanıram, çünki Rəbb mənə kömək edir.

6Hər yandan məni mühasirəyə alan On minlərlə xalqdan qorxmuram.

7Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar! Çünki Sən bütün düşmənlərimin əngindən vurursan, Pislərin dişlərini qırırsan.

8Qurtuluş Rəbdəndir, Qoy Sənin xeyir-duan xalqının üzərində olsun! Sela

Mətn mənbələri və istifadə

© 2008 Müqəddəs Kitab Sirkəti. Translated by Institute for Bible Translation. Bible Society of Azerbaijan. Source: eBible.org. Text unchanged; format converted to JSON. Noncommercial use only.

CC BY-NC-ND — see publisher notice

İlkin mənbə və müəllif hüquqları · Naşirin istifadə şərtləri

Tərcümələri müqayisə et

Tərcümələrdə ayələrin bölgüsü və nömrələri fərqli ola bilər.