THE BIBLE

Zəbur 8

Azərbaycan dilində Müqəddəs Kitab AZB

1Musiqi rəhbəri üçün. Davudun «Gittit» üstə oxunan məzmuru. Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir! Ehtişamın göylərə qalxır!

2Düşməni və qisasçını susdurmaq üçün Körpələrin və çağaların səsi ilə Yağılarına qarşı qala qurdun.

3Əllərinin işi olan göyləri, Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm:

4«İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»

5Onu Allahdan bir az aşağı yaratdın, İzzət və əzəmət tacını onun başına qoydun,

6Əllərinin işləri üzərində onu hökmdar etdin. Hər şeyi onun ayağının altına qoydun:

7Bütün sürü və naxırları, Çöldə yaşayan heyvanları,

8Göydəki quşları, dənizdəki balıqları, Dəryalarda üzənlərin hamısını.

9Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!

Mətn mənbələri və istifadə

© 2008 Müqəddəs Kitab Sirkəti. Translated by Institute for Bible Translation. Bible Society of Azerbaijan. Source: eBible.org. Text unchanged; format converted to JSON. Noncommercial use only.

CC BY-NC-ND — see publisher notice

İlkin mənbə və müəllif hüquqları · Naşirin istifadə şərtləri

Tərcümələri müqayisə et

Tərcümələrdə ayələrin bölgüsü və nömrələri fərqli ola bilər.